Yəmənin Maarib şəhərində partlayış; 23 ölü və yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i308786-yəmənin_maarib_şəhərində_partlayış_23_ölü_və_yaralı
Yəmənin Maarib şəhərinin Əzban came məscidinin girişində bomba partlayışı nəticəsində üç nəfər həlak olub, 20 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2018 07:13 Asia/Baku
  • Yəmənin Maarib şəhərində partlayış; 23 ölü və yaralı
    Yəmənin Maarib şəhərində partlayış; 23 ölü və yaralı

Yəmənin Maarib şəhərinin Əzban came məscidinin girişində bomba partlayışı nəticəsində üç nəfər həlak olub, 20 nəfər yaralanıb.

Partlayış haqda əlavə məlumat verilməyib. 

Əl-Məyadin televiziyasının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı təyyarələri Yəmənin Sədə vilayətində Baqim, Kətaf və Razeh şəhərlərini bombalayıblar. 

Yəmən Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü Əli əl-Qəhum regionda baş verən bütün böhranlarda ABŞ-ın məsuliyyət daşıdığını və dünyada terrorizmin anası olduğunu bildirərək deyib: Yəmən və regiondakı olayların gedişatını izlədikdə, ABŞ-ın Yəmən əleyhinə müharibə oxunun ucunda durduğunu, bu ölkə vətəndaşlarına qarşı dəhşətli mühasirə və məhvedici hücumun əsas səbəbkarı olduğunu müşahidə etmək olur.