Dəməşqdə ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz aksiyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i308796-dəməşqdə_abŞ_səfirliyinin_qüdsə_köçürülməsinə_etiraz_aksiyası
Suriyada Dəyişiklik Uğrunda Gənclər Partiyası ABŞ səfirliyinin Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürülməsinə etiraz olaraq "Dəməşqdən Fələstinin əbədi paytaxtı Qüdsə qədər" adlı etiraz aksiyası keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2018 08:48 Asia/Baku
  • Dəməşqdə ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz aksiyası
    Dəməşqdə ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz aksiyası

Suriyada Dəyişiklik Uğrunda Gənclər Partiyası ABŞ səfirliyinin Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürülməsinə etiraz olaraq "Dəməşqdən Fələstinin əbədi paytaxtı Qüdsə qədər" adlı etiraz aksiyası keçirib.

İRİB-in məlumatına görə, Fələstin Azadlığı Uğrunda Xalq Cəbhəsi baş katibinin müavini Təllal Naci bu aksiyada iştirak edərək Suriya ordusunun terrorçularla döyüşdə qələbələrini Fələstin xalqının qələbəsinin müjdəsi adlandırıb və Fələstin xalqının ABŞ-ın məğlubiyyətə uğramış Qüds haqadkı qərarına qarşı çıxdığını qeyd edib.

Bundan öncə də Suriyada Qüds beynəlxalq qurumun ofisi və fələstinli qruplar Dəməşqin Ər-Rouzə məhəlləsində BMT ofisi qarşısında etiraz aksiyası keçirərək ABŞ-ın Qüds əleyhinə qərarını fələstinlilərin hüquqlarının açıq-aşkar pozulması adlandırıblar.