May 23, 2018 15:52 Asia/Baku
  • Yəmən sərhədində beş səud təcavüzkarı öldürülüb
    Yəmən sərhədində beş səud təcavüzkarı öldürülüb

Səud mediaları bildiriblər ki, bu gün Yəmənin cənub sərhədlərində bu ölkənin Ənsarullah xalq qüvvələrilə döyüşdə beş səud hərbçisi öldürülüb.

Səud mediaları bildiriblər: Bu beş səud hərbçisi Ərəbistanın Yəmənlə cənub sərhədlərində öldürülüb.

Yəmənli qüvvələr təcavüzkarların hücumlarına cavab olaraq, Ali-Səud rejiminin və onun muzdurlarının Yəməndə və Ərəbistandakı mövqeləri və bazalarını hədəfə alırlar.

Belə bir halda, səud təcavüzkarları Yəmənin şimalındakı Səədə vilayətinin Minbəh və Səhhar şəhərlərinin məntəqələrini kəskin raket və artilleriya hücumlarına məruz qoyublar.

Ərəbistan 2015-ci ilin martından Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla bir neçə ərəb ölkəsindən ibarət koalisiya çərçivəsində, eləcə də ABŞ-ın yaşıl işığı və köməyi ilə Yəmənə qarşı geniş hücumlara keçdi. Ərəbistan öz siyasi hədəf və tamahkarlıqlarını ört-basdır etmək üçün bu hücumlar üçün Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmağı bəhanə gətirdi.

Səud rejimi və onun müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, indiyədək bu ölkədəki hədəflərinə çata bilməyiblər.

Teqlər