Nəbih Berri: Dünya ictimaiyyəti sionist rejimin təhdidlərinə mane olsun
https://azeri.sahartv.ir/news/qərbi_asia-i309006-nəbih_berri_dünya_ictimaiyyəti_sionist_rejimin_təhdidlərinə_mane_olsun
Livan parlamentinin sədri deyib ki, parlament seçkilərinin uğurlu keçirilməsi Livan xalqına ən yaxşı hədiyyə idi və bu nailiyyətin qorunub saxlanılması istiqamətində səy göstərəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2018 13:30 Asia/Baku
  • Nəbih Berri: Dünya ictimaiyyəti sionist rejimin təhdidlərinə mane olsun
    Nəbih Berri: Dünya ictimaiyyəti sionist rejimin təhdidlərinə mane olsun

Livan parlamentinin sədri deyib ki, parlament seçkilərinin uğurlu keçirilməsi Livan xalqına ən yaxşı hədiyyə idi və bu nailiyyətin qorunub saxlanılması istiqamətində səy göstərəcək.

Nəbih Berri bu gün Livanın yeni parlamentinin ilk iclasında Livan xalqının seçkilərdə iştirakını yüksək qiymətləndirərək, əlavə edib ki, onun yenidən parlament sədri seçilməsi Livan ölkəsi və parlamentinin qorunması üzrə məsuliyyətini daha da ağırlaşdırıbdır.

Livan parlamentinin sədri söyləyib: Son illər terrorçular Livanın şərq və şimal sərhədlərini hədəfə alıblar və parlament Livan xalqının müdafiəsi istiqamətində ordunun kənarında durubdur.

O, həmçinin deyib: Dünya ictimaiyyəti sionist rejimə beynəlxalq sülh və təhlükəsizliyi təhdid etmək icazəsi verməməlidir.

Nəbih Berri sonra fələstinliləri və onların öz ölkələrinə geri dönmə və Qüds paytaxt olmaqla müstəqil dövlət yaratma haqlarını himayə etdiyini vurğulayıb.

Nəbih Berri bu gün Livan parlamentinin ilk iclasında altıncı dəfə bu ölkə parlamentinin sədri seçilib.