Ali-Xəlifə rejimi son 6 ildə 728 bəhreynlinin vətəndaşlığını ləğv edib
May 24, 2018 10:22 Asia/Baku
Bəhreynin insan haqları və demokratiya mərkəzi dünən Ali-Xəlifə rejiminin ötən həftə 200 bəhreynlini vətəndaşlıq hüququndan məhrum etdiyini bildirərək son altı ildə bu rəqəmin 728 nəfər təşkil etdiyini xatırladıb. Bu məlumatı İRNA verib.
Beynəlxalq təşkilatlar indiyədək dəfələrlə Ali-Xəlifə rejimini siyasi və ictimai fəallara qarşı repressiya tətbiq etdiyinə görə qınayıblar.
Bəhreyn 14 fevral 2011-ci ildən bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.
Hüquq müdafiə mənbələrinin bildirdiklərinə görə, Asiyanın qərbinin ən kiçik ölkəsi olan Bəhreyn siyasi məhbusların sayı baxımından birinci yerdə durur.