ABŞ-ın niyyəti İsrailin Cövlan yüksəkliklərinə işğalçılığına rəsmilik qazandırmaqdır
May 24, 2018 12:54 Asia/Baku
Sionist rejim iddia edib ki, Vaşinqton tezliklə İsrail rejiminin işğal olunmuş Cövlan yüksəkliklərinə hakimiyyətini rəsmən tanıyacaq.
Mehr İnformasiya Agentliyinin məlumatına görə, sionist rejimin təhlükəsizlik naziri Yisrael Katz çərşənbə günü deyib: İsrail ABŞ-dan işğal olunmuş Cövlan yüksəkliklərini rəsmən tanımasını istəyib.
Bu arada ABŞ konqresmeni Ron De Santis bir layihə irəli sürüb. Layihə İsrailin işğal olunmuş Cövlana hakimiyyətinin rəsmən tanınmasını nəzərdə tutur.
Sionist rejim 1967-ci ildə Suriyaya aid olan Cövlan ərazisinin 1200 kilometrini işğal və 1981-ci ildə bu ərazini işğal olunmuş ərazilərə ilhaq etdi. Lakin dünya ictimaiyyəti indiyədək Cövlan yüksəkliklərnin ilhaqını rəsmən tanımayıb.