ABŞ koalisiyasının hücumunda 12 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i309136-abŞ_koalisiyasının_hücumunda_12_nəfər_həlak_olub
Suriyalı müxaliflərə bağlı İnsan Haqları Gözətçisi adlanan mərkəzin məlumatına görə, ABŞ-ın başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələrinin Suriya ordusunun mövqelərinə qarşı hücumlarında azı 12 suriyalı həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2018 12:07 Asia/Baku
  • ABŞ koalisiyasının hücumunda 12 nəfər həlak olub

Suriyalı müxaliflərə bağlı İnsan Haqları Gözətçisi adlanan mərkəzin məlumatına görə, ABŞ-ın başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələrinin Suriya ordusunun mövqelərinə qarşı hücumlarında azı 12 suriyalı həlak olub.

Livanın əl-Məyadin televiziyasının məlumatına görə, ABŞ-ın başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələrinin Suriyanın şərqində Deyruz-Zur ətrafında əl-Məhəttə əl-Saniyə bölgəsində Suriya ordusunun mövqelərini bombardman edib. 

ABŞ təhlükəsizlik rəsmiləri bu hücumlarda koalisiyanın əlinin olmasını təkzib ediblər. 

Bu arada İŞİD terror qruplaşması ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriya ordusunun iki mövqeyinə hücumlarından sonra bu mövqelərə hücum edib. Bu isə ABŞ koalisiyasının bu bölgədə İŞİD ünsürlərinin qalması üzrə gizli strategiyasını izlədiyini göstərir.