Səudiyyəli qırıcılar Yəmən vətəndaşlarına qarşı qadağan olunmuş bombalardan istifadə etdilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i309140-səudiyyəli_qırıcılar_yəmən_vətəndaşlarına_qarşı_qadağan_olunmuş_bombalardan_istifadə_etdilər
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələri Sədə vilayətinin sərhəd şəhərlərindən birini bir daha qadağan olunmuş bombalarla atəşə tutublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2018 12:09 Asia/Baku
  • Səudiyyəli qırıcılar Yəmən vətəndaşlarına qarşı qadağan olunmuş bombalardan istifadə etdilər

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələri Sədə vilayətinin sərhəd şəhərlərindən birini bir daha qadağan olunmuş bombalarla atəşə tutublar.

Fars Xəbər Agentliyinin əl-Məsirə televiziyasına istinadla məlumatına görə, səudiyyəli qırıcılar ötən gecə Yəmənə təcavüzün davamında Sədə vilayətində Mənbə şəhərinin müxtəlif bölgələrini, o cümlədən yaşayış massivləri, əkin sahələrini kasset bombaları ilə atəşə tutublar. 

Mənbədə məlumatlı yerli mənbə bildirib: Bombardmanlar çoxlu maliyyə xəsarəti vurub. Qalıqlar isə bölgə sakinləri və vətəndaşların həyatı üçün əsas təhlükədir. 

Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyətin sükutu sayəsində Yəmən xalqını təslim etmək üçün qadağan olunmuş silahlar, o cümlədən kasset və fosfor bombalarından istifadə edir. Lakin indiyədək heç bir məqsədinə nail ola bilməyib.