Səd Həriri Livanın yeni nazirlər kabinetini müəyyənləşdirəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i309156-səd_həriri_livanın_yeni_nazirlər_kabinetini_müəyyənləşdirəcək
Livan parlament deputatlarının səs çoxluğu ilə yeni nazirlər kabinetinin müəyyənləşdirmək işi hazırkı baş nazir Səd Həririyə tapşırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2018 15:17 Asia/Baku
  • Səd Həriri Livanın yeni nazirlər kabinetini müəyyənləşdirəcək

Livan parlament deputatlarının səs çoxluğu ilə yeni nazirlər kabinetinin müəyyənləşdirmək işi hazırkı baş nazir Səd Həririyə tapşırılıb.

Livanın əl-Məyadin televiziyasının məlumatına görə, Səd Həriri bu gün parlamentin 128 deputatından 69-nun dəstəyini qazanaraq yeni nazirlər kabinetinin üzvlərini müəyyənləşdirəcəkdir.

Bu gün yeni nazirlər kabinetinin üzvlərinin müəyyənləşəsi üçün parlament məsləhətləşmələri Livanın yüksək səviyyəli rəsmiləri, o cümlədən prezident Mişel Ounun iştirakı ilə Bəbəda sarayında başlanıb.

Livanın sabiq baş naziri Nəcib Miqati bildirib: Ölkənin hazırkı şəraiti Səd Həririnin bir daha baş nazir seçilməsini tələb edir.

Ötən gün də Nəbih Berri 6-cı dəfə Livan parlamentinin sədri seçilib.