Ərəbistanın Yəmənə olan hücumlarında 4 mülki həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i309364-Ərəbistanın_yəmənə_olan_hücumlarında_4_mülki_həlak_olub
Ərəbistan ordusunun Yəmənin Sədə vilayətində yerləşən Məcəs məntəqəsinə hücumu zamanı 4 mülki həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 25, 2018 11:16 Asia/Baku
  • Ərəbistanın Yəmənə olan hücumlarında 4 mülki həlak olub
    Ərəbistanın Yəmənə olan hücumlarında 4 mülki həlak olub

Ərəbistan ordusunun Yəmənin Sədə vilayətində yerləşən Məcəs məntəqəsinə hücumu zamanı 4 mülki həlak olub.

İRNA-nın verdiyi məlumata görə, Ərəbistan qırıcıları Yəmənə olan hücumlarının davamında Sədə vilayətində yerləşən Məcəs yaşayış məntəqəsinə raket zərbələri endiriblər. Nəticədə biri qadın olmaqla 4 mülki həlak olub, bir nəfər də yaralanıb. 

Ərəbistan qırıcıları dünən də Sədə vilayətində Hərz və Midi yaşayış məntəqələrinə 34 raket zərbəsi endirmişdi. 

Ərəbistan qırıcıları həmçinin, cümə axşamı Sədə vilayətində Mənbə şəhərini bombalayıblar.