Seyid Həsən Nəsrullah: Avantürist deyilik, amma savaşdan qorxmuruq
-
Seyid Həsən Nəsrullah: Avantürist deyilik, amma savaşdan qorxmuruq
Livan Hizbullahı Hərəkatının baş katibi "Avantürist deyilik, amma savaşdan qorxmuruq" deyərək əlavə edib: Sionist düşmən livanlıların müqavimətini gördüyü zaman heç bir şərt olmadan Livanın cənubundan geri çəkilməyə üstünlük verdi.
İRNA-nın məlumatına görə, Livan Hizbullahı Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah cümə günü Livanın cənubunun azad olunması və müqavimətin qələbəsinin 18 illi münasibəti ilə etdiyi çıxışında 1982-ci ildən 2000-ci ilə qədər müqavimətin imkanlarının, həm qüvvə, həm də avadanlıq baxımından çox az olduğunu bildirərək deyib: Müqavimət qüvvələri qələbəyə layiq olduqlarını sübuta yetirdilər və təcrübə sionist düşmənin müqavimət qarşısında özünə inamını itirdiyini göstərir.
Livan Hizbullahının baş katibi ABŞ və Fars Körfəzi Əməkdaşlıq Şurasının Hizbullah əleyhinə sanksiyalarına toxunaraq deyib: Bu sanksiyalarda məqsəd vətəndaşları müqavimət mehvərindən uzaqlaşdırmaqdır. Lakin ABŞ və müttəfiqləri müqavimət mehvəri qarşısında savaşda məğlubiyyətə uğramışdır.
Seyid Həsən Nəsrullah əlavə edib: ABŞ-ın İrana qarşı davamlı təzyiqlərinin əsas səbəbi də bu ölkənin Livan və bölgədə müqavimət mehvərinin əsas himayədarı olduğuna görədir.
Seyid Həsən Nəsrullah sözlərinin başqa bir hissəsində terrorçularla mübarizədə Hizbullah qüvvələrinin Suriyadakı iştirakına toxunaraq deyib: ABŞ Suriya hökumətini devirmək üçün bütün terrorçuları bu ölkəyə toplayıb. Lakin Suriyanın müttəfiqləri əsla bu ölkənin devrilməsinə imkan verməyəcəklər.