Suriya Tərksilah Beynəlxalq Konfransına rəhbərlik edəcək
May 26, 2018 09:54 Asia/Baku
-
Suriya Tərksilah Beynəlxalq Konfransına rəhbərlik edəcək
ABŞ və sionist rejimin etiraz etmələrinə rəğmən Suriya BMT-yə bağlı Tərksilah Konfransına bir ay müddətinə rəhbərlik edəcək.
BMT-yə bağlı Tərksilah Beynəlxalq Konfransı bazar ertəsi günündən bir ay müddətinə Cenevrədə keçiriləcək.
Əl-Məyadin televiziyasının məlumatına görə, Suriyanın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Hüsaməddin Ala Tərksilah Beynəlxalq Konfransının iş proqramının atom, kütləvi qırğın və digər silahların məhv edilməsi ilə əlaqədar məsələləri ehtiva etdiyini bildirib və deyib: Bu konfrans 65 üzv lkədən ibarət beynəlxalq təşkilatdır. Ölkələr arasında bərabərlik prinsipinə əsasən fəaliyyət göstərir. Nəticədə ABŞ və müttəfiqlərinin siyasi qalmaqalları Suriyanın rəhbərliyinə mane ola bilməz.
Teqlər