Sionist hərbçilər daha bir fələstinlini şəhid ediblər
Fələstinin Səhiyyə Nazirliyi Qayıdış Haqqı yürüşündə daha bir fələstinlinin şəhid olduğunu bildirib.
Fələstin Səhiyyə Nazirliyi bildirib: Ötən günlərdə Qəzzə şəhərinin şərqində Qayıdış Haqqı yürüşündə sionist hərbçilərinin atəş açması nəticəsində yaralanan fələstinli Hüsam Salim Əbu Əvizə bu gün yaralarının ağırlığı üzündən şəhid olub.
Bu istiqamətdə Qayıdış Haqqı Yürüşü Ali Heyətinin hüquq məsələəri üzrə koordinatoru və Siyasi Araşdırmalar üzrə Fələstin Mərkəzinin direktoru Səlah Əbdülati deyib: Gələn günlərdə Qayıdış haqqı yürüşündə şəhid olanların sayının tədrici şəkildə artması ehtimal olunur. Çünki yaralıların sayı çoxdur və yetərli tibbi imkanlar yoxdur.
Cümə günü də Qayıdış Haqqı yürüşündə sionist rejim hərbçilərinin atəş açması nəticəsində yaralanan iki fələstinli gənc yaralarının ağırlığı üzündən şəhid olub.