Suriya ordusu Həmanın şimalında əməliyyat keçirib
May 26, 2018 12:04 Asia/Baku
-
Suriya ordusu Həmanın şimalında əməliyyat keçirib
Suriya ordusu Həmanın şimal ətrafında Zəkat qəsəbəsində silahlı qrupların mövqelərini atəşə tutub.
Mehr İnformasiya Agentliyinin SANA-ya istinadla verdiyi məlumata görə, Suriya ordusunun Zəkat qəsəbəsində keçirdiyi əməliyyatda bir qrup silahlı öldürülüb və ya yaralanıb.
Bu arada ABŞ-ın dəstəklədiyi Qəsd terrorçularının Həsəkə şəhərinin Ən-Nişvə məhəlləsinə məhəllə gənclərini yaxalayaraq müharibədə məcburi şəkildə onlardan istifadə etdiyinə görə, sakinlər yolları bağlayıb və tonqallar qalayıblar.
Suriyanın İdlib şəhərinin 30-cu prospektində qurğu quraşdırılmış avtomobilin partladılması nəticəsində 4 nəfər həlak olub, 16 nəfər də yaralanıb.