Ərəbistanın Əbha aeroportu atəşə tutuldu
-
Ərəbistanın Əbha aeroportu atəşə tutuldu
Yəmənin Hərbi Hava Qüvvələri bildirib: Yəmənin pilotsuz uçan aparatlar bölməsi Ərəbistanın Əsir vilayətində Əbha aeroportunu atəşə tutub.
Əl-Məsirə televiziyasının məlumatına görə, Yəmən ordusunun Hərbi Hava Qüvvələri bu xəbəri bildirərək əlavə edib: Yəmənin Əbha aeroportuna bir neçə hava hücumundan sonra, bu aeroportun uçuşları ləğv olunub.
Bildirildiyinə görə, bu PUA-lar Yəmən ordusunun son vaxtlar təqdimatını keçirdiyi Qasif-1 növlü PUA-lardır.
Bu arada Səudiyyə Ərəbistanı Kütləvi İnformasiya Vasitələri bildiriblər: Ərəbistanın cənubunda yəmənli qüvvələrlə qarşıdurmada dörd ərəbistanlı hərbçi öldürülüb.
Digər tərəfdən səudiyyəli qırıcılar Razih sərhəd rayonunun müxtəlif bölgələrini bombalayıblar.
Həmçinin səudiyyəli qırıcıların İmran vilayətinin əl-Əblə bölgəsini bombalaması nəticəsində iki yəmənli sivil həlak olub, bir nəfər də yaralanıb.