İsrail qırıcıları Suriyanın qərbinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310058-İsrail_qırıcıları_suriyanın_qərbinə_hücum_ediblər
İsrail ordusu bir daha təhrikedici bir hərəkətdə Suriyanın qərbində yerləşən Homs vilayətinə qarşı hava hücumları həyata keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2018 04:45 Asia/Baku
  • İsrail qırıcıları Suriyanın qərbinə hücum ediblər
    İsrail qırıcıları Suriyanın qərbinə hücum ediblər

İsrail ordusu bir daha təhrikedici bir hərəkətdə Suriyanın qərbində yerləşən Homs vilayətinə qarşı hava hücumları həyata keçirib.

Skay Nyus-un verdiyi məlumata görə, çərşənbə axşamı, günün ilk saatlarında baş verən hücumda Suriya ordusunun Homs vilayətində, Əlqəsir məntəqəsinin yaxınlığındakı mövqelərini hədəfə alıb. 

Hələ ki, bu hücumun ehtimal olunan zərər və ziyanları barədə heç bir məlumat yayılmayıb. 

İŞİD terror qruplaşmasının Suriyada məğlub olmasından sonra, İsrail rejimi Suriya ordusunun mövqelərinə qarşı aviasiya və artilleriya hücumlarını artırıb. 

Suriya ordusu isə bir müddət öncə misli görünməmiş bir hərəkətdə İsrail rejiminin təcavüzlərinə cavabolaraq İsrail ordusunun Cövlan yüksəkliklərindəki mövqelərini raket hücumuna məruz qoymuşdu. 

İsrail rejimi Suriya ordusunun cavab hücumu qarşısında şok olaraq, bu hücumlarda hansı mərkəzlərin hədəfə alındığını gizli saxlamağa çalışıb.