Netanyahu İsrailin Nazirlər Kabinetinin təcili iclas keçirməsini istəyib
-
Netanyahu İsrailin Nazirlər Kabinetinin təcili iclas keçirməsini istəyib
İsrailin baş naziri Benyamin Netanyahu müqavimət qüvvələrinin işğal altında olan ərazilərə qarşı misilsiz raket hücumunun ardınca Nazirlər Kabinetinin fövqəladə iclas keçirməsini istəyib.
Mehr İnformasiya agentliyinin verdiyi məlumata görə, İsrail ordusunun radiosu bu gün bildirib ki, "Dəmir Günbəz" raket müdafiə sistemi atılan raketlərin bir çoxunu məhv edə bilməyib. Buna görə də atılan raketlər sionist qəsəbələrə düşüb.
İsrail mediaları Fələstinin müqavimət qüvvələrinin bu gün səhər işğal altında olan Fələstin ərazilərini 22 ədəd raket ilə hədəfə almasından xəbər veriblər. Bu isə 2014-cü ildəki 50 günlük müharibədən bəri misli görünməmiş bir hücum aktıdır.
Müqavimətin İsrail rejiminin hərbi bazalarına olan raket hücumu bu işğalçı rejimin çərşənbə axşamı Qəzzənin şimalına olan hücumlarına cavab sayılır.