May 29, 2018 14:54 Asia/Baku
  • Həfdərə bağlı qüvvələr Dərnə şəhərində bir neçə məntəqəyə nəzarəti ələ keçirib
    Həfdərə bağlı qüvvələr Dərnə şəhərində bir neçə məntəqəyə nəzarəti ələ keçirib

Liviya Milli Ordusu ölkənin şərqində yerləşən Dərnə şəhərində bir neçə məntəqəyə nəzarəti ələ keçirib.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Livi Milli Ordusunun sözçüsü Əhməd Məsmari deyib: Xəlifə Həfdərə bağlı Liviya Milli Ordusu qüvvələri Dərnə şəhərinin giriş nöqtəsinə və daha 5 nöqtəyə nəzarəti ələ keçirib.

Liviyalı bir hərbi qaynağın 28 may tarixinə olan məlumatına görə, Liviya Milli Ordusu Dərnə şəhərinin şərq hissəsinə nəzarəti ələ keçirib.

Xəlifə Həfdərin başçılıq etdiyi və özünü Liviya Milli Ordsu adlandıran qüvvələr Dərnə şəhərinə qarşı hərbi əməliyyatlara 7 ay öncə başlayıblar.

Dərnə şhəri 2011-ci ilin fevralından əl-Qaidə qruplaşmasına bağlı Dərnə Mücahidlər Şurası Məclisinin nəzarəti altındadır.

Teqlər