May 30, 2018 11:33 Asia/Baku
  • BMT Əl-Hədidə vilayətindəki durumdan nigarandır
    BMT Əl-Hədidə vilayətindəki durumdan nigarandır

Birləşmiş Millətlər Təşkilatı Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadinin tabeliyində olan qüvvələrin Əl-Hədidə şəhərini nəzarətə almaq uğrundakı əməliyyatının insani faciələri ilə əlaqədar nigaran qaldığını bildirib.

İRİB-in verdiyi məlumata görə, BMT baş katibinin sözçüsü Stefan Dujarrik dünən Yəmənin Əl-Hədidə bölgəsində gedən hadisələrdən nigaran qaldığını bildirərək deyib: BMT Əl-Hədidə şəhərində fövqəladə vəziyyətin yaranması ehtimalını nəzərə alaraq proqram hazırlamaq niyyətindədir. 

Dujarik yəmənli didərginlərə ərzaq və digər ilkin ehtiyacların göndərildiyini bildirərək deyib: toqquşmaların kəskinləşməsi Yəmən daxilində didərginlərin sayının artmasına səbəb olur. 

2015-ci il martdan  Səudiyyə Ərəbistanı bir neçə ərəb ölkəsi ilə birlikdə bir koalissiya çərçivəsində Amerikanın yaşıl çırağı ilə ən yoxsul ərəb ölkəsi olan Yəmənə qarşı müharibəyə başladı. 

Səudiyyə Ərəbistanın və onun müttəfiqləri Yəmən xalqının müqaviməti nəticəsində indiyədək nəzərdə tutduqları hədəflərin heç birinə nail olmayıblar. 

Teqlər