Fələstinli qruplar İsrailin təcavüzləri qarşısında mübarizəyə təkid ediblər
Fələstinin müqavimət qrupları İsrail rejiminin təcavüzləri qarşısında müqavimətə təkid edərək, bundan sonra istənilən təcavüzə cavabın hücum olacağını bildiriblər.
İRNA-nın verdiyi məlumata görə, Fələstinin müqavimət qruplarının hərbi bölmələri çərşənbə günü axşam birgə bəyanat yayaraq, İsrail rejiminin zorakılıqları və bu rejim başçılarının cinayətləri qarşısında sakit qalmayacaqlarını vurğulayıb və bildiriblər: Müqavimət qruplarının hərbi bölmələrinin qərarları Fələstin xalqının iradəsinə və ideyalarına söykənən milli bir qərardır.
Müqavimət qrupları həmçinin Fələstin xalqının tam iradə ilə Qayıdış Haqqı yürüşlərini və Qəzzənin mühasirəsini yarmaq üzrə səylərini davam etdirdiyini bildirib.
Bu bəyanat Həmas-ın hərbi qoluolan İzzəddin Qəssam batalyonları, Nasir Səlahəddin, Mücahidin, Şəhid Əbu Əli Mustafa, Milli Müqavimət, Ənsar, Şəhid Nəzal Amudi, Şəhid Əbdülqadir Hüseyni, Saiqə, Əl-Əqsa himayədarları, Seyfül-İslam, Şəhid Nəbil Məsud və Şəhid Əymən hərbi birləşmələri tərəfindən birgə şəkildə yayımlanıb.