Şərqi Qutə sakinlərindən 9 min nəfər Suriya ordusuna qoşulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310512-Şərqi_qutə_sakinlərindən_9_min_nəfər_suriya_ordusuna_qoşulub
Suriya İnsan Haqlarına Nəzarət Təşkilatı Rif Dəməşqdəki müvəqqəti mərkəzlərdə olan 8 min nəfərin daha 1200 nəfər ilə birlikdə Suriya ordusuna qoşulmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2018 09:45 Asia/Baku
  • Şərqi Qutə sakinlərindən 9 min nəfər Suriya ordusuna qoşulub

Suriya İnsan Haqlarına Nəzarət Təşkilatı Rif Dəməşqdəki müvəqqəti mərkəzlərdə olan 8 min nəfərin daha 1200 nəfər ilə birlikdə Suriya ordusuna qoşulmasından xəbər verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriya İnsan Haqları Təşkilatı bildirib: Bu 1200 nəfər səfərbərlik mərkəzlərində adları könüllü olaraq qeydə alınan gənclərdir.

Suriya İnsan Haqları Təşkilatının bildirdiyinə görə, bu könüllülər əsasən Duma, Həmuriyə, Ərbin, Cisrin, Kəfərbətna, Hizə, Məsraba, Səqba və Mədira şəhər və qəsəbələrinin sakinləridirlər.

Suriyanın ordu komandanlığı 14 apreldə Dəməşqin ətrafında yerləşən Şərqi Qutədəki bütün şəhər və qəsəbələri terrorçulardan təmizləyərək, bu məntəqəni tam nəzarət altına alıb.