Ərəbistanda gərginlik Taifə qədər uzanıb
Paytaxt Ər-Riyad da daxil olmaqla Ərəbistanın bəzi iri şəhərlərində gərginliyin artmasının ardınca, çərşənbə axşamı bir neçə nəfər Taifdə polis əməkdaşlarına hücum edərək, bir polisi bıcaq zərbələri ilə qətlə yetiriblər.
İRNA-nın verdiyi məlumata görə, kimliyi məlum olmayan 2 şəxs Taifdə polisin patrul dəstəsinə hücum edərək, onlardan birini öldürüb, sonra da silahını götürərək, elə polis maşını ilə hadisə yerindən qaçıblar.
Bu məlumata görə, təhlükəsizlik qüvvələri hücumçuları təqib ediblər və daha sonra Taifin Milli Qvardiyası Mərkəzində iki tərəf arasında silahlı insident baş verib. Atışma nəticəsində hücumçulardan biri yaralı olaraq ələ keçirilib. İkinci hücumçu isə hadisə yerindən qaçmağa nail olub. Ərəbistan polisi hələ ki, hücumçuların kimliyi barədə heç bir məlumat yaymayıb.