İyun 01, 2018 08:36 Asia/Baku
  • M.Husi: lhudəydə təcavüzkarlar üçün qəbiristanlıq olacaq
    M.Husi: lhudəydə təcavüzkarlar üçün qəbiristanlıq olacaq

Yəmən Ali İnqilab Komitəsinin sədri deyib ki, Əlhudəydə sahil xətti təcavüzkarlar üçün qəbiristanlıq olacaq.

Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əlhusi twitter-dəki şəxsi səhifəsində səud koalisiyası təcavüzkarlarına xitabən yazıb: His, Əlxuxət, Doqquzuncu və Xalid məntəqələrinə qarşı hücumlarda, həmçinin irəliləmək istədiyiniz bütün cəbhələrdə məğlub olduğunuz kimi, Əlhudəydə sahil xəttində irəliləyiş də təcavüzkarlar və muzdurlar üçün kütləvi qəbir olacaqdır.

Səudiyyə və əmiliklərin qüvvələri Əlhudəydə limanını işğal etmək məqsədilə ötən aydan bəri bir əməliyyata başlayıblar. 

Yəmənin ordu və xalq komitələri qüvvələri dünən bu ölkənin qərbindəki Əlhudəydə vilayətində yerləşən əkin sahələrini və bir neçə strateji baza və məntəqəni səud təcavüzkarlarından geri alıblar. Yəmənin ordu və xalq komitələri qüvvələrinin PUA bölməsi də qərb sahili cəbhəsindəki bir əməliyyatda təcavüzkar səud koalisiyasına aid komandanlıq mərkəzi və hava hücumundan müdafiə qərargahını məhv edə bilibdir.

BMT Yəmənə humanitar yardımların göndərilməsi üzrə ən əsas yol kimi Əlhudəydə limanında hərbi qarşıdurma ehtimalından nigarançılıq edib, zira Yəmənə göndərilən humanitar yardımların təqribən yetmiş faizi Əlhudəydə limanından keçib gedir.

Ərəbistan Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla bir neçə ərəb ölkəsindən ibarət bir koalisiya formasında 2015-ci ilin martında Yəmənə qarşı geniş hücumlara başladı. Ona bu yolda ABŞ yaşıl işıq göstərməklə bərabər, köməklik də edir. Ərriyad öz siyasi hədəf və tamahkarlıqlarına real don geyindirmək üçün bu hücumda Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmağı bəhanə gətirir.

Ərriyad rejimi və onun müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, indiyədək bu ölkədə öz mənfur niyyətlərindən heç birinə çata bilməyiblər.

Teqlər