Sionist rejim hərbçilərinin atəş açması nəticəsində fələstinli gənc şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310846-sionist_rejim_hərbçilərinin_atəş_açması_nəticəsində_fələstinli_gənc_şəhid_olub
Sionist rejim hərbçiləri bu gün günorta əl-Xəlil şəhərində fələstinlini şəhid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2018 12:44 Asia/Baku
  • Sionist rejim hərbçilərinin atəş açması nəticəsində fələstinli gənc şəhid olub
    Sionist rejim hərbçilərinin atəş açması nəticəsində fələstinli gənc şəhid olub

Sionist rejim hərbçiləri bu gün günorta əl-Xəlil şəhərində fələstinlini şəhid ediblər.

Fələstin İnformasiya Mərkəzinin yerli dairələrə istinadla verdiyi məlumata görə, əl-Xəlil şəhərində İbrahimi hərəmi yaxınlığında sionist hərbçilərin atəş açması nəticəsində fələstinli gənc Rami Səbbarnə ağır yaralanıb və sionist hərbçilər bu fələstinli gəncə yardımın edilməsinə mane olublar. Qanaxma nəticəsində o şəhid olub. 

Sionist rejim hərbçiləri onun avtomobildən istifadə edərək əməliyyat keçirmək niyyətində olduğunu iddia ediblər. Lakin şahidlər bu məsələni təkzib ediblər.