Yəmənin qərbində 75 səudiyyəli muzdlu öldürülüb
İyun 02, 2018 18:08 Asia/Baku
-
Yəmənin qərbində 75 səudiyyəli muzdlu öldürülüb
Yəmən ordusu və xalq komitələri qüvvələri cümə gecə əl-Hüdeydə vilayətinin Ət-Təhita rayonunun əl-Fazə bölgəsində səudiyyəli muzdlularının bir batalyonunu məhv ediblər.
Əl-Aləm televiziyasının məlumatına görə, bu əməliyyatda 75 səudiyyəli muzdlu öldürülüb, 10 nəfər də əsir düşüb.
Yəmənin müdafiə naziri ordu generalı Məhəmməd Nasir əl-Atifi cümə günü bildirmişdi ki, təcavüzkarların üzünə cəhənnəm qapıları açılacaqdır.