Türkiyə İraqın şimalına avia zərbələr endirib
İyun 03, 2018 14:27 Asia/Baku
Türkiyə qırıcılarının İraqın şimalında PKK yaraqlılarının mövqelərini hədəfə alması nəticəsində ən azı 3 yaraqlının öldüyü bildirilir.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə ordusu bu gün bildirib: Bu üç PKK yaraqlısı Türkiyə ordusunun İraqın şimalında Hakvrk məntəqəsinə olan hücumları zamanı öldürülüb.
Türkiyə ordusu PKK-ya qarşı mübarizənin davamında bu silahlı qruplaşmanın İraqın şimalındakı bazalarına qarşı hərbi əməliyatlara başlayıb.