İyun 03, 2018 18:57 Asia/Baku
  • Fələstin müqaviməti işğal edilmiş ərazilərə raket zərbələri endirib

Fələstinin müqavimət qüvvələri İsrail qırıcılarının Qəzzəyə olan hücumlarına cavab olaraq, bu gün Qəzzə sərhədlərində yerləşən sionist sakinli qəsəbələri raket və minaatanlarla hədəfə alıblar.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, atılan raketlərdən biri Qəzzənin yaxınlığında yerləşən sionist sakinli qəsəbələrdən birində "Şəar Heniqo" adlı regional Şuranın binasına dəyib, bir sionist qəsəbə sakini yaralanıb. 

Bu hücumun ardınca işğal edilmiş ərazilərdə təhlükə siqnalı işə düşüb və İsrail ordusu Qəzzə ilə sərhəd məntəqədə yerləşən bütün qəsəbə sakinlərindən sığınacaqlara getmələrini istəyib. 

Əlməyadin informasiya kanalı da bildirib: Qəzzə zolağından yüksələn partlayış səsləri müqavimətin atdığı raketləri vurmağa çalışan "Dəmir Qübbə" raket müdafiə sisteminin işə düşməsi və partlayan raketlərin səsidir. 

Bu hücum İsrail qırıcılarının bu gün səhər müqavimət qüvvələrinin Qəzzənin cənubu və mərkəzindəki bazalarına raket zərbələri endirməsinin ardınca edilib. 

Teqlər