Sionistlər "Dəmir günbəz"-in təsirsiz olduğunu etiraf ediblər
Sionist rejim başçıları bu rejimin raket müdafiə sisteminin (dəmir günbəz) fələstinli müqavimət qruplarının hücumları qarşısında təsirsiz olduğunu etiraf ediblər.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya Əl-Yəum bildirib ki, Fələstin müqavimət qüvvələrinin dünən Qəzzənin yaxınlığındakı sionist qəsəbələrə qarşı raket hücumlarından sonra Əşklun sionist qəsəbənin şurasının başçısı Qadi Yarkuni sionist rejimin raket müdafiə sisteminin bu hücumlar qarşısında təsirsis olduğunu etiraf edib.
Öncə də həmin şəhərin şurasının başqa üzvü Qadi Yərquni HƏMAS-ın raket cavablarının dəmir günbəz sisteminin zəifliyindən mənşə aldığını və yeni müdafiə sisteminin yaradılmasının vacibliyini bildirmişdi.
Son vaxtlar da sionist analitik Alon Ben-David deyib ki, Fələstin İslami Müqavimət Hərəkatı bu gün elə raketlərə malikdir ki, dəmir günbəz sistemindən keçə bilir.
Fələstin müqavimət qrupları dəfələrlə sionist rejimin hava hücumlarına cavab olaraq sionist sakinli qəsəbələri raketlə hədəfə alıblar.
Sionist rejimin dəmir günbəz sisteminin bu raketlərin qarşısını almaqdan aciz qalması nəticəsində həmin raketlər sionist qəsəbələrə düşüb.
Bu vəziyyət sionist rejimi ciddi şəkildə nigaran edir.