Əfqanıstanın şimalında Talibanın 40 üzvü öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i311140-Əfqanıstanın_şimalında_talibanın_40_üzvü_öldürülüb
Əfqanıstan ordusunun ölkənin şimalında Təxar vilayətində Taliban qruplaşmasına qarşı keçirdiyi əməliyyatda 40 Talibançı öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2018 07:25 Asia/Baku
  • Əfqanıstanın şimalında Talibanın 40 üzvü öldürülüb
    Əfqanıstanın şimalında Talibanın 40 üzvü öldürülüb

Əfqanıstan ordusunun ölkənin şimalında Təxar vilayətində Taliban qruplaşmasına qarşı keçirdiyi əməliyyatda 40 Talibançı öldürülüb.

İRİB-in məlumatına görə, Əfqanıstanın şimal istiqamətində ordu qüvvələri komandanlığının mətbuat xidməti çərşənbə axşamı günü bir bəyanat yayaraq bildirib: Bu əməliyyat Təxar vilayətinin Dəşt Qala və Xacə Bəhaəddin rayonlarında keçirilib. Nəticədə Taliban qruplaşmasının komandanlarından Əbu Yusif və bu qruplaşmanın 39 üzvü öldürülüb. həmçinin 36 üzvü də yaralanıb. 

Bu komandanlıq həlak olan əfqan hərbçilərin sayına işarə etməyib. 

Bundan öncə Taliban Xacə Qar və Qurtəpə rayonlarını öz nəzarətinə götürmüşdü.