Ali-Xəlifə rejimi Bəhreynin siyasi və ictimai fəalları haqda repressiv siyasət yürüdür
Bəhreyn Kütləvi İnformasiya Vasitələri Ali-Xəlifə rejiminə müxaliflərdən bir şiə gəncin edam edilməsi və 12 nəfərin vətəndaşlığının ləğv edilməsindən xəbər veriblər.
Əl-Loulou televiziyasının məlumatına görə, Ali-Xəlifə rejimi məhkəməsi bu rejimin repressiv siyasətlərinin davamında şiə müxalif fəallardan Salman İsanın edam olunması qərarını təsdiqləyib.
Bu məhkəmə həmçinin Bəhreynin əl-Əkr bölgəsində şübhəli hadisədə pakistanlı polisin qətli ilə əlaqədar cinayət işindəki digər müttəhimlərin vətəndaşlığının ləğv edilməsi və ömürlük azadlıqdan məhrum edilməsinə qərar verib.
Ali-Xəlifə rejimi bu şəxslərin Manamanın Tətbiqi Elmlər Universitetinin yaxınlığında yerləşən əl-Əkr küçəsində polis məmurlarının yolunda bomba quraşdıraraq pakistanlı polis Mahmud Fəridin ölümünə səbəb olduğunu iddia edir.
İnsan haqları sahəsində aktiv göstərən fəallar deyirlər ki, bu cinayət işinin müttəhimlərindən işgəncə altında etiraf alıblar.