BMT Yəməndə insan faciəsi haqda xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i311146-bmt_yəməndə_insan_faciəsi_haqda_xəbərdarlıq_etdi
BMT Yəmənin qərbində əl-Hüdeydə limanında qarşıdurmaların davam etməsinə görə, bu ölkədə insan faciəsinin baş verməsi haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2018 07:53 Asia/Baku
  • BMT Yəməndə insan faciəsi haqda xəbərdarlıq etdi
    BMT Yəməndə insan faciəsi haqda xəbərdarlıq etdi

BMT Yəmənin qərbində əl-Hüdeydə limanında qarşıdurmaların davam etməsinə görə, bu ölkədə insan faciəsinin baş verməsi haqda xəbərdarlıq edib.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, BMT baş katibinin sözçüsü Stefan Dojarrik deyib: Bu təşkilat iki həftə öncədən əl-Hüdeydə limanında başlayan güclü qarşıdurmaların təhlükəli mənfi nəticələri və insan faciəsinin baş verməsi haqda xəbərdarlıq edir. 

Dojarrik əlavə edib: əl-Hüdeydə şəhəri ətrafında qarşıdurmalar davam edərsə, Yəməndə insan faciəsi baş verəcək və bu qarşıdurmalar Yəmən xalqı üçün çox təhlükəli nəticələrə gətirib çıxaracaq. 

Səudiyyə Ərəbistanının ABŞ-ın köməyi ilə 2015-ci il mart ayından Yəməndə başlatdığı müharibə indiyədək on minlərlə nəfərin həlak olması və yaralanması ilə nəticələnib, bu ölkəni aclıq və müxtəlif yoluxucu xəstəliklərin yayılması ilə üzləşdirib.