ABŞ qırıcılarının hücumu nəticəsində bir neçə Suriya vətəndaşı həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i311164-abŞ_qırıcılarının_hücumu_nəticəsində_bir_neçə_suriya_vətəndaşı_həlak_olub
ABŞ qırıcılarının Suriyanın Həsəkə vilayətinə hücumu nəticəsində azı 10 sivil həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2018 12:58 Asia/Baku
  • ABŞ qırıcılarının hücumu nəticəsində bir neçə Suriya vətəndaşı həlak olub
    ABŞ qırıcılarının hücumu nəticəsində bir neçə Suriya vətəndaşı həlak olub

ABŞ qırıcılarının Suriyanın Həsəkə vilayətinə hücumu nəticəsində azı 10 sivil həlak olub.

Suriyanın rəsmi informasiya agentliyi SANA-nın məlumatına görə, ötən gecə Suriyanın şimal-şərqində Həsəkə vilayətinin cənub ətrafında Ciza kəndinə olunan bu hücumda həlak olanların hamısının qadın və uşaqlar olduğu bildirilir.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın qırıcıları ötən üç gün ərzində Həsəkə vilayətində bir neçə bölgəni bombalayıblar. Nəticədə 14 nəfər, o cümlədən 4 uşaq həlak olub.