Bağdad partlayışlarında 100 nəfərdən çox insan ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i311418-bağdad_partlayışlarında_100_nəfərdən_çox_insan_ölüb_və_yaralanıb
İnformasiya mənbələri Bağdadın Sədr qəsəbəsindəki partlayışlarda 100 nəfərdən çox insanın ölməsi və yaralanmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2018 05:50 Asia/Baku
  • Bağdad partlayışlarında 100 nəfərdən çox insan ölüb və yaralanıb

İnformasiya mənbələri Bağdadın Sədr qəsəbəsindəki partlayışlarda 100 nəfərdən çox insanın ölməsi və yaralanmasından xəbər veriblər.

Dünən gecə Bağdadın Sədr qəsəbəsində iki partlayış baş veribdir ki, nəticədə 18 nəfər ölüb, azı 90 nəfər də yaralanıbdır.

İraq daxili işlər nazirliyinin sözçüsü bildirib ki, iki partlayış bir sursat anbarında baş verib və iraqlı təhlükəsizlik qüvvələri onun barəsində təhqiqata başlayıblar.

Bağdad polisindəki bir mənbə də deyibdir ki, bu sursatlar bir məsciddəki binada olub və partlayışlar onun məscidin yaxınlıqdakı avtomobilə köçürülməsi zamanı baş verib.

Bundan öncə bildirilmişdi ki, Bağdadın Sədr qəsəbəsində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində iki eynivaxtlı partlayış baş veribdir.