Taliban-ın Əfqanıstanın Qəzney vilayətinə hücumunda 20 nəfər ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i311462-taliban_ın_Əfqanıstanın_qəzney_vilayətinə_hücumunda_20_nəfər_ölüb
Taliban-ın Əfqanıstanın şərqində yerləşən Qəzney vilayətinin beş rayonundakı polis mərkəzlərinə qarşı hücumunda iyirmi nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2018 14:57 Asia/Baku
  • Taliban-ın Əfqanıstanın Qəzney vilayətinə hücumunda 20 nəfər ölüb

Taliban-ın Əfqanıstanın şərqində yerləşən Qəzney vilayətinin beş rayonundakı polis mərkəzlərinə qarşı hücumunda iyirmi nəfər ölüb.

Qəzney vilayətinin polis mərkəzinin mətbuat bölməsi bir bəyanat yayaraq bildirib: Taliban qüvvələri bu gün səhər Gilan, Məqər, Əndər, Qarabağ və Xacə Əmri rayonlarındakı polis mərkəzlərinə hücum edib, lakin əfqan təhlükəsizlik qüvvələrinin müqaviməti ilə geri çəkilməyə məcbur olublar.

Bu hücumlarda 19 talib və bir polis ölüb, altı talib və iki polis məmuru da yaralanıbdır.

Həmçinin Taliban üzvləri Qəzney vilayətinin Əndər rayonu istiqamətində üç körpünü partladaraq, bu yolu əhalinin gediş-gəlişinin üzünə bağlayıblar.