Ümumdünya Qüds Günü Bəhreyndə keçirilib; təhlükəsizlik tədbirləri ilə
İyun 08, 2018 21:30 Asia/Baku
Bəhreynin müxtəlif bölgələrində vətəndaşlar Ali-Xəlifə rejimi qüvvələri və avtomobillərinin yerləşdirilməsinə rəğmən Ümumdünya Qüds Gününü qeyd ediblər.
Əl-Loulou televiziyasının məlumatına görə, Bəhreyn vətəndaşları Qüds Günü yürüşündə iştirak edib, Fələstin amalı və müqəddəslərinə sadiq qalması ilə bağlı şüarlar səsləndirib və Bəhreyn rejiminin sionist rejimlə münasibətləri normallaşdırmağa çalışmasını qınayıblar.
Bəhreyn vətəndaşları həmçinin şüarlar səsləndirərək iki ildir ev dustağı olan Bəhreyn şiələrinin lideri Şeyx İsa Qasimə dəstəklərini elan ediblər.
Bəhreyn rejimi hərbçiləri də əl-Malikiyyə, Nəbi Saleh, Müsəlla, Kərbabad və Ən-Nəvidratda yürüş iştirakçılarına qarşı gözyaşardıcı qazlardan istifadə ediblər.