İyun 10, 2018 08:08 Asia/Baku
  • Yəmənin qərbində 50 səud muzduru öldürülüb
    Yəmənin qərbində 50 səud muzduru öldürülüb

Yəmənin ordu və xalq komitələri qüvvələri dünən bu ölkənin qərbində yerləşən Əlhudəydə vilayətinin Əlcah məntəqəsinin təmizlənməsi əməliyyatında 50 səud muzdurunu öldürüblər.

Bu əməliyyatda səud muzdurlarından bir qrupu da yaralanıbdır.

Yəmənin ordu və xalq komitələri qüvvələri son günlər ərzində Əlhudəydədə səudiyyə və Birləşmiş Ərəb Əmirlikləri hərbçilərindən yüzlərlə nəfəri öldürə biliblər.

Yəmənin müdafiə naziri general-leytenant Muhəmməd Nasir Əlatifi iyunun ikisində vurğulamışdı ki, cəhənnəmin qapısı təcavüzkarların üzünə açılacaqdır.

Səudiyyə və Birləşmiş Ərəb Əmirlikləri hərbçiləri bir ay bundan öncədən Yəmənin qərbində yerləşən Əlhudəydə vilayətini işğal etmək məqsədilə əməliyyata başlayıblar.

Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üzrə ən əsas yoldur.

Teqlər