Livan Hizbullahı: Müqavimət Fələstinin geri alınması üçün ən yaxşı seçimdir
-
Livan Hizbullahı: Müqavimət Fələstinin geri alınması üçün ən yaxşı seçimdir
Livan Hizbullahının icra şurasının sədr əvəzi vurğulayıb ki, yalnız müqavimət ilə Fələstin diyarı və müqəddəslərini sionist rejimdən geri almaq olar.
Şeyx Əli Dəəmuş Amerika ilə sionist rejimin Fələstin məsələsinə qarşı hərəkətlərinə rəğmən, builki Ümumdünya Qüds Gününün önəminə toxunaraq, əlavə edib: Xalqlar hər bir digər zamandakından daha çox Fələstin məsələsinin himayədarı olmalı və yeni problemlərlə mübarizə istiqamətində öz məsuliyyətlərini qəbul etməlidirlər.
Belə bir halda, Fələstinin Həmas hərəkatının Livandakı nümayəndəsi Əli Bərkə vurğulayıb: İslam dünyası Qüdsün müsəlmanların əsas məsələsi olması barədə, xüsusən ABŞ prezidenti Donald Trampın Amerika səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsindən və onu işğalçı rejimin paytaxtı kimi rəsmən tanımasından sonra bir-biri ilə müttəfiq olmalıdır.