Fələstinli əsirlərə yüzlərlə idarə həbsi hökmü çıxarılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i312006-fələstinli_əsirlərə_yüzlərlə_idarə_həbsi_hökmü_çıxarılıb
Sionist rejimin məhkəmələri, 2018-ci il fevrealın 15-də fələstinli əsirlər tərəfindən idarə məhkəmələrinin boykot edilməsi zamanından bəri bu əsirlər üçün 309 həbs hökmü çıxarıblar ki, bu hökmlərin bəziləri yeni və ya öncəki həbs müddətlərinin uzadılmasıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2018 14:35 Asia/Baku
  • Fələstinli əsirlərə yüzlərlə idarə həbsi hökmü çıxarılıb
    Fələstinli əsirlərə yüzlərlə idarə həbsi hökmü çıxarılıb

Sionist rejimin məhkəmələri, 2018-ci il fevrealın 15-də fələstinli əsirlər tərəfindən idarə məhkəmələrinin boykot edilməsi zamanından bəri bu əsirlər üçün 309 həbs hökmü çıxarıblar ki, bu hökmlərin bəziləri yeni və ya öncəki həbs müddətlərinin uzadılmasıdır.

Fələstin Əsirlərinin Araşdırma Mərkəzinin sözçüsü Riyad Ələşqər bu gün bir bəyanatda vurğulayıb ki, sionist rejim idarə həbs, yəni mühakiməsiz və ittihamın bildirilməməsi ilə müşayiət olunan həbs siyasətinin icrasına son qoymaq istiqamətində bütün beynəlxalq qanunlara göz yumur və ondan fələstinlilərin qrup şəklində cəzalandırılmaları kimi istifadə edir.

Fələstinin rəsmi statistikaları sionist rejim məhbəslərində 300-ü uşaq olmaqla azı 6500 fələstinlinin mövcud olmasından söz açır.