Yəmən qüvvələri səudiyyəlilərin hücumuna sərt reaksiya veriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i312020-yəmən_qüvvələri_səudiyyəlilərin_hücumuna_sərt_reaksiya_veriblər
Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiya Yəməndə cinayətlərini davam etdirməkdədir. Bu arada Yəmən ordusu və xalq komitələri qüvvələri də onların bu hücumlarını cavabsız qoymur və səudiyyəli muzdlulara ağır zərbələr endirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2018 17:03 Asia/Baku
  • Yəmən qüvvələri səudiyyəlilərin hücumuna sərt reaksiya veriblər
    Yəmən qüvvələri səudiyyəlilərin hücumuna sərt reaksiya veriblər

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiya Yəməndə cinayətlərini davam etdirməkdədir. Bu arada Yəmən ordusu və xalq komitələri qüvvələri də onların bu hücumlarını cavabsız qoymur və səudiyyəli muzdlulara ağır zərbələr endirirlər.

Son günlərdə səudiyyəli qırıcıların Yəmənin şəhər və kəndlərinə hava hücumları davam edib. Hüdeydənin Buree məhəlləsində bir bazar, eyni zamanda Əs-Səhhar sərhəd rayonunun Ət-Tələh qəsəbəsi bir neçə dəfə bombardman edilib. Yəmən ordusu və xalq komitələri qüvvələri də bu hücumlara cavab olaraq qərb sahilində Pilotsuz Uçan Aparatlarla səudiyyəli muzdluları atəşə tutublar. Yəmənin bir ədəd ballistik raketi də bu ölkənin qərb sahilində səudiyyəli muzdluların toplaşdığı məkana atılıb. Xəbər dairələri yəmənlilərin atəş açması nəticəsində səudiyyəlilərin ağır itkilər verdiklərini bildiriblər.

Bir Yəmən vətəndaşı deyib: Təcavüzkarlar kimsəyə rəhm etmir və cinayətlərini davam etdirirlər. Onlara mübarək Ramazan ayı da fərq etmir. Ötən üç il ərzində mübarək Ramazan ayında cinayətlərinin artmasının şahidi olmuşuq. Onların haram aylar və bəşəriyyətə heç bir hörməti yoxdur.

Döyüş meydanlarında ordu və xalq komitələri qüvvələri Cəhlül-Ala bölgəsi və sahil boyu 25 kilometri azad edə bilmişlər. Hərbi dairələrin bildirdiyinə görə, bir qrup səudiyyəli muzdlu ölüb və yaralanıb, bir neçə ədəd zirehli avtomobil də qənimət götürülüb.

Başqa bir yəmənli deyib: Bu xalq tarix boyu öz ərazisində heç bir təcavüzkarın olmasını qəbul etməyib. Yəmən bütün təcavüzkarların qəbiristanlığıdır.

Yəmənin ağır artilleriyası Xubədə sərhəd bölgəsində səudiyyəlilərin toplaşdığı məkanı atəşə tutub. Və Əsir vilayətinin sərhəd yüksəkliklərinə arsenal hücumunda səudiyyəlilərə bağlı muzdlular ağır itki veriblər.

Səudiyyəli muzdlular Couf vilayətində Mutun qəsəbəsini ələ keçirə bilmədikdən sonra, həmin qəsəbəni hərbi zona adlandırıblar ki, insanlar evlərini tərk etməyə məcbur olsun və beləliklə yaşayış massivlərinə hərbi hücumlarını əsaslandıra bilsinlər.