Ramallah sakinləri Qəzzənin mühasirəsinə son qoyulmasını istədilər
-
Ramallah; Qəzzəyə dəstək aksiyası
Ramallah sakinləri dünən gecə Qəzzənin mühasirəsinə son qoyulması tələbi ilə aksiya keçiriblər.
Qəzzə əhalisini müqavimətdən imtina etməyə və İsrail qarşısında təslim olmağa məcbr etmək üçün Fələstin Özünüidarə Hökumətinin başçısı Mahmud Abbasın Qəzzədəki dövlət qulluqçularının əmək haqlarını dondurması fələstinliləri qəzəbləndirib. Buna etiraz olaraq dünən gecə Ramallah sakinləri aksiya keçirərək, Qəzzəyə qarşı cəza tədbirlərinin durdurulmasını istəyiblər.
Ramallah sakini olan minlərlə fələstinli dünən gecə Qəzzə ilə həmrəylik aksiyasında iştirak edərək, İsrail rejiminin Qəzzəyə qarşı mühasirəsinin davam etməsini kəskin formada qınayıblar. Aksiya iştirakçıları həmçinin, Fələstin Özünüidarə hökumətinin başçısı Mahmud Abbasdan Qəzzəyə qarşı tətbiq etdiyi cəza tədbirlərini durdurmasını, İsrail rejimi ilə təhlükəsizlik anlaşmasına son qoymasını və Fələstin müqavimətini dəstəkləməsini istəyiblər.
Aksiya iştirakçılarından biri deyir: “Qəzzəyə qarşı cəza tədbirləri bir cinayətdir və Mahmud Abbas buna son qoymalıdır. Bu məhdudiyyətlər Həmas-a yox, Qəzzə sakinlərinə zərbə vurur.”
Qəzzə iqtisadi böhrandan və mühasirədən əziyyət çəkir. Qəzzə sakinləri müqavimətin silahını yerə qoyması və təslim olması ilə müxalifət edirlər. Amma, Mahmud Abbas müqaviməti təslim olmağa və silahı yerə qoymağa məcbur etmək üçün İsrail və Misirin birgə planına qoşularaq, Qəzzədəki dövlət qulluqçularının əmək haqlarını dondurub. Bununla da Qəzzə sakinlərini müqavimətdən imtina etməyə məcbur etmək istəyir. Mahmud Abbasın bu qərarı mühasirədən əziyyət çəkən Qəzzə sakinlərinin problemlərini bir qədər də artırıb.
Aksiya iştirakçılarından biri deyir: “Bu kimi cəza tədbirlərindən xəcalət çəkməli və dərhal bu qərardan geri dönməlidirlər. Biz bu gün burdan öz səsimizi və tələblərimizi dünyanın azad vicdanlarının diqqətinə çatdırmaq Qəzzənin mühasirədə saxlanılmasının bir cinayət olduğunu demək istəyirik.