İyun 11, 2018 16:57 Asia/Baku
  • İordaniya baş naziri: Vergi qanunundan geri çəkilirik
    İordaniya baş naziri: Vergi qanunundan geri çəkilirik

İordaniyanın baş naziri deyib: Nazirlər kabineti vergi qanunundan geri çəkildi ona görə ki, bu qanun qəbul olunmazdan öncə kifayət qədər araşdırılmamışdır.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İordaniyanın yeni baş naziri Ömər Ərrizaz bu gün vergi qanunu barədə etdiyi çıxışında deyib: Vergi qanunundan geri çəkilirik ki, onun məzmununa yenidən baxılsın. 

Ərrizaz deyib: Vergi qanununun əsas məqsədi vətəndaşların hüquqları taptalanmadan vergidən yayınmalara baxılmasından ibarət olmalıdır . 

Son vaxtlar İordaniyadakı iğtişaşlar yanacağın qiymətinin artmasından sonra başlandı və hökumət bildirdi ki, yeni vergi qanunun icra edəcək. Xalqın bu qanuna etirazı Hani Əl-Molqa hökumətinin süqutu ilə nəticələndi və sonra Ömər Əl-Rizaz yeni baş nazir təyin edildi və yeni vergi qanununu ləğv edəcəyinə söz verdikdən sonra etirazlar dayandı. 

İordaniya parlamentinin üzvü Hüquq Komissiyasının sədri Mustafa Yaği isə  Mehr xəbər agentliyinə verdiyi müsahibədə qonşu ərəb ölkələri, Amerika və sionist rejimin Əmmana əsrin sövdələşməsini qəbul etmək üçün təzyiqlər göstərməsinə toxunaraq deyib: İordaniya Fələstin məsələsində öz mövqeyinə sadiqdir. 

 O deyib: Sionist rejim ərəb və müsəlman ümmətin düşmənidir və ABŞ və bəzi ölkələrin hədsiz himayəsindən faydalanaır. 

Qətərin keçmiş XİN rəhbəri Həmd Bin Casim Bin Cəbr Ali-Sani də bildirmişdi ki, Səudiyyə Ərəbistanı və onun regiondakı ortaqları İordaniyadakı son iğtişaşlarda rol oynayıblar və bu, Əmmanın əsrin sövdələşməsi müqaviləsinə qarşı mövqe tutması ilə əlaqəlidir. 

Teqlər