İyun 11, 2018 18:02 Asia/Baku
  • Yəmən raketi Təəzzi hədəf alıb
    Yəmən raketi Təəzzi hədəf alıb

Yəmənli qüvvələr Səudiyyə təcavüzkarlarının hücumlarına cavabda Təəz vilayətinin cənubunda Səudiyyə muzdlularının toplaşdıqları yeri Zilzal-2 raketi ilə hədəfə alıblar.

Əl-Aləm telekanalının verdiyi məlumata  görə, yəmənli qüvvələr bildiriblər ki, vurulan raket nəticəsində MƏqnəbədəki bir qrup Səudiyyə muzdlusu ölüb və yaralanıb. 

Yəmən ordusu və xalq komitələri dünən gecə də Səudiyyə Ərəbistanının cənubunda yerləşən Ceyzan sənaye şəhərciyini bir ədəd raketlə hədəfə alıblar. 

Yəmən ordusu snayperləri isə Məqnəbə bölgəsində muzdlulardan 8 nəfərini öldürüblər. 

Yəmənli qüvvələr Səudiyyə ordusu və onun muzdlularının Ceyzanda irəliləyişlərinə mane ola biliblər və onları insan tələfatı və ziyanlara məruz qoyublar. 

Yəmən ordusu və xalq komitələrinin artileriya bölməsi də Nəcranda Səudiyyə hərbçilərinin mövqelərini hədəf alıblar. 

Digər tərəfdən təcavüzkar Səudiyyə koalissiyasının hərbi təyyarələri bir daha Təəz vilayətinin müxtəlif bölgələrini hədəfə alıblar. 

Səudiyyə qırıcıları həmçinin Əl-Hədidə vilayətinin ayrı-ayrı ərazilərini 17 dəfə bombalayıblar. 

 

Teqlər