Bəhreyn kralı 70 min vətəndaşı seçkilərdə iştirakdan məhrum etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i312456-bəhreyn_kralı_70_min_vətəndaşı_seçkilərdə_iştirakdan_məhrum_etdi
Bəhreyn kralının imzaladığı yeni qanuna əsasən 70 mindən çox bəhreynli parlament seçkilərində iştirak edə bilməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2018 09:26 Asia/Baku
  • Bəhreyn kralı 70 min vətəndaşı seçkilərdə iştirakdan məhrum etdi
    Bəhreyn kralı 70 min vətəndaşı seçkilərdə iştirakdan məhrum etdi

Bəhreyn kralının imzaladığı yeni qanuna əsasən 70 mindən çox bəhreynli parlament seçkilərində iştirak edə bilməyəcək.

Əl-Lolo bildirir ki, Bəhreyn kralı Həməd bin İsa Ali-Xəlifə bazar ertəsi günü fəaliyyəti dayandırılmış siyasi qrupların o cümlədən Əl-Vifaq, Vəd və Əməl qruplarının üzvlərinin parlament seçkilərində iştirakına icazə verməyən qanun layihəsini imzalayıb və qanun qüvvəyə minib.

İnsan Haqlarına Nəzarət təşkilatı 2018-ci ilə olan hesabatında Bəhreyn hökumətini ən qatı repressiyalar həyata keçirən rejimlərdən biri elan edib və 2017-ci ildə bu ölkədə insan haqları durumunun xeyli ağırlaşdığını bildirib.

Bəhreyn 2011-ci ildən hakim rejimə qarşı xalq etirazlarının şahididir. Xalq azad və demokratik bir quruluşun formalaşmasını, ictimai ədalətin təmin edilməsini və ayrı-seçkiliyə son qoyulmasını istəyir.