Əfqanıstanın şimalında yerləşən Kuhestan şəhəri süqut etdi
-
Əfqanıstanın şimalında yerləşən Kuhestan şəhəri süqut etdi
Taliblər Əfqanıstanın şimalında, Faryab vilayətində yerləşən Kuhestan şəhərinə nəzarəti ələ keçiriblər.
İRNA-nın məlumatına görə, Faryab vilayət mərkəzinin mətbuat xidməti ötən gecə Kuhestanda taliblər ilə dövlət qüvvələri arasında ağır döyüşlərin getməsindən xəbər verərək, Kuhestan şəhərinin taliblərin əlinə düşməsi və şəhərin icra başçısının tabeliyində olan 8 təhlükəsizlik əməkdaşı ilə birlikdə həlak olması xəbərini təsdiq edib.
Əfqanıstan hökumətinin Taliblər ilə atəşkəs elan etməsinin ardınca Fayrab vilayət mərkəzinin mətbuat xidməti taliblərin Kuhestan şəhərinin icra aparatına və polis idarəsinə hücum etməsindən xəbər vermişdi.
Bəzi mənbələr icra başçısı ilə 6 polis əməkdaşının cəsədinin hazırda taliblərin ixtiyarında olduğunu bildirərək, daha 9 polis əməkdaşının taleyinin də naməlum olduğundan xəbər veriblər.
Əfqanıstan prezidentinin Taliblər ilə elan etdiyi atəşkəs bu gündən etibarən 7 gün davam etməlidir.