Netanyahu "4000" adlı korrupsiya işi ilə əlaqədar istintaqa cəlb olunub
İyun 12, 2018 14:34 Asia/Baku
-
Netanyahu "4000" adlı korrupsiya işi ilə əlaqədar istintaqa cəlb olunub
İsrail polisi bu gün çərşənbə axşamı baş nazir Benyamin Netanyahunu "4000" adlı korrupsiya işi ilə əlaqədar istintaqa cəlb edib.
Benyamin Netanyahu "4000" adlı korrupsiya işində "Bezek" şirkətinin sahibi Şauvaloviçə, bu sionist iş adamına məxsus olan "Ualla" informasiya portalı tərəfindən himayə olunması müqabilində, milyonlarla dollar məbləğində güzəştlər nəzərə alıb.
Qüds informasiya agentliyinin verdiyi məlumata görə, bu korrupsiya işi ilə bağlı istintaq hələ xeyli öncə həyata keçirilməli idi. Lakin, Netanyahu müxtəlif təhlükəsizlik məsələlərini bəhanə etməklə bu istintaqın təxirə salınmasına nail olmuşdu.
Bu arada bir qrup israilli baş nazirlik binası önündə aksiya keçirərək, Netanyahunun istefa verməsini tələb edib.