Yəmənin Əl-Hudəydə vilayətinin bəzi hissələri işğalçı qüvvələrdən təmizlənib
-
Yəmənin Əl-Hudəydə vilayətinin bəzi hissələri işğalçı qüvvələrdən təmizlənib
Yəmən ordusu və xalq qüvvələri çərşənbə axşamı ölkənin qərb sahillərində yerləşən Hudəydə vilayətinin bəzi hissələrini muzdlu qüvvlərin işğalından azad ediblər.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, bu əməliyyat zamanı Yəmənin qərb sahillərində Birləşmiş Ərəb Əmirliklərinin bir neçə hərbi maşını məhv edilib. Yəmənli qüvvələr həmçinin, Əl-Fazə məntəqəsində muzdlu qüvvələrin mövqeyinə hücum ediblər.
His məntəqəsində də çoxlu sayda Səudiyyə muzdlusu məhv edilib. Ərəbistan və BƏƏ qüvvələri bir ay öncə Yəmənin Hudəydə vilayətini işğal etmək üçün hərbi əməliyyatlara başlayıblar. Yəmənli qüvvələr həmçinin, Əl-Bəyza vilayətində muzdlu qüvvələrin mövqelərinə hücum edərək, onların bu vilayəti ələ keçirmək üzrə cəhdini zərərsizləşdiriblər.
Yəmənli qüvvələr həmçinin, Ərəbistanın hücumlarına baxmayaraq, Ali-Səudun Təiz vilayətindəki ən iri silah anbarını ələ keçiriblər.