Sədr və Amiri daha böyük koalissiya yaratmaq üçün razılaşıblar
İyun 13, 2018 03:59 Asia/Baku
Saerun seççki koalissiyasının rəhbəri Müqtəda Sədr və Əl-Fəth koalissiyasının başçısı Hadi Əl-Amiri dünən müştərək mətbuat konfransında bildiriblər ki, İraqın gələcək parlamentində daha böyük koalissiya yaratmaq barədə razılığa gəliblər.
İRNA-nın verdiyi məlumata görə, mətbuat konfransında çıxış edən Sədr deyib: Əl-Fəth ilə koalissiya Saerun, Əl-Hikmə və Əl-Vətəniyyə arasında üçlük koalissiyaya zəmanət verir.
Əmar Həkimin başçılıq etdiyi İraqın Milli Hikmət cərəyanının rəhbərlərindən olan Rəd Əl-Heydəri ötən cümə günü bu cərəyanla Saerun və Əl-Vətəniyyə arasında böyük fraksiyanın təşkil olunmasının razılaşdırılmasından xəbər vermişdi.
İraq konstitusiyasına görə, parlamentin ön böyük fraksiyası hökumət təşkil edə bilər.