İşğal olunmuş Cövlan sərhəddində Suriya ordusunun raket qabiliyyəti gücləndirilib
-
İşğal olunmuş Cövlan sərhəddində Suriya ordusunun raket qabiliyyəti gücləndirilib
Suriya ordusunun mətbuat xidməti bildirib ki, Suriya ordusu ölkənin cənubunda işğal olunmuş Cövlan sərhəddində özünün havadan müdafiə bölmələrini gücləndirib.
Əl-Aləmin verdiyi məlumata görə, Suriya ordusu həmçinin ölkənin cənubundakı qüvvələrinin sayını artırıb və Cövlan ərazisində Bantsir-S1 yeni raket müdafiə sistemini yerləşdirib.
Sionist rejim 1967-ci ildən bəri Suriyanın Cövlan hündürlüklərində min 200 kvadrat kilometr ərazilərini işğal edib.
Bu məlumata görə, Suriyanın Cövlandakı havadan müdafiə sisteminin gücləndirilməsində məqsəd sionist rejim Suriya ordusunun ölkənin cənubundakı terrorçulara qarşı əməliyyatlarına mane olmaq istəyərsə , onunla qarşılaşmaqdır.
Suriya ordusu Dəməşqin cənub bölgələrini azad etdikdən sonra ölkənin cənubunda Dora və Qüneytərəyə doğru hərəkətə başlayıb və son günlərdə bu istiqamətdə irəliləyişləri olub.
Başqa məlumata görə, Livanın Əl-Əhd portalı bildirib ki, Suriyadakı təkfirçi terrorçular o sıradan terrorçu Təhrirüşşam qrupu Türkiyə ilə sərhəd məntəqələrində biri-biri ilə toqquşaraq çoxlu sayda tələfatlar veriblər.
Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı, Amerika və onların müttəfiqlərinin balansı sionist rejimin xeyirinə dəyişmək məqsədi ilə himayə etdikləri terrorçuların bu ölkəyə geniş hücumu ilə başlandır.