Səudiyyə qırıcıları bir daha qadağan edilmiş bombalardan istifadə etdilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i312890-səudiyyə_qırıcıları_bir_daha_qadağan_edilmiş_bombalardan_istifadə_etdilər
Səudiyyə Ərəbistanınını qırıcı təyyarələri bu gün səhər bir daha Yəmənin Sədə vilayətinə qarşı kasset bombalar yağdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2018 03:55 Asia/Baku
  • Səudiyyə qırıcıları bir daha qadağan edilmiş bombalardan istifadə etdilər

Səudiyyə Ərəbistanınını qırıcı təyyarələri bu gün səhər bir daha Yəmənin Sədə vilayətinə qarşı kasset bombalar yağdırıblar.

Yəmənin Əl-Məsirə telakanalının internet portalı bildirib ki, Səudiyyə qırıcı təyyarələri Sədə vilayətinin Xəzvan bölgəsini qadağan edilmiş kasset bombaları ilə hədəfə alıb. 

Son illərdə Səudiyyə Ərəbistanı Yəmənin Sədə vilayətinə qarşı dəfələrlə qadağan edilmiş silahlardan istifadə etmişdir. 

Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti susqunluğundan faydalanaraq Yəmən xalqına qarşı qadağan edilmiş fosfor və kasset bombalarından istifadə edir. 

Bu kimi silahlar ABŞ və Britaniya tərəfindən Səudiyyə rejiminə satılır və bu bombalardan istifadə 2008-ci ildə qəbul olunmuş kasset silahlara dair konvensiya əsasında qadağan edilmişdir.