"Qayıdış haqqı" aksiyasında yaralanmış daha bir fələstinli şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i312942-qayıdış_haqqı_aksiyasında_yaralanmış_daha_bir_fələstinli_şəhid_olub
Qəzzə zolağı sərhədində keçirilən "Qayıdış haqqı" aksiyasında yaralanmış daha bir fələstinli şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2018 13:40 Asia/Baku

Qəzzə zolağı sərhədində keçirilən "Qayıdış haqqı" aksiyasında yaralanmış daha bir fələstinli şəhid olub.

Bir neçə həftə bundan öncə Qəzzə zolağının cənubunda yerləşən Xan Yunusda keçirilən "Qayıdış haqqı" aksiyasında yaralanmış 22 yaşlı fələstinli gənc Əhməd Zeyd Tofiq Əlasi bu gün şəhid olubdur.

"Qayıdış haqqı" aksiyalarında sionist rejimin qaz bombalarından biri Əhmədin başına dəyib və bu da onun yaralanmasına gətirib çıxarıbdır.

Minlərlə fələstinli martın 30-dan, yəni "Yer günü"nün 42-ci ildönümündən bəri hər cümə günü "Qayıdış haqqı" aksiyasında iştirak edib. Bu aksiyada 130-dan çox fələstinli şəhid olub, azı 14 min nəfər də yaralanıbdır.